İtaliyanın Kataniya hava limanında uçuşlar Etna vulkanının davam edən fəaliyyəti nəticəsində yaranan vulkanik kül və əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb.
Bu barədə “Reuters” Siciliyada yerləşən hava limanını idarə edən şirkətə istinadən məlumat yayıb.
Bildirilib ki, hava limanına bütün gəliş reysləri sentyabrın 27-si saat 10:00-dək (GMT) dayandırılıb.
Sərnişin sayına görə İtaliyanın beşinci ən işlək hava limanı olan Kataniyada uçuşların Etna vulkanına görə dayandırılmasına mütəmadi baş verir.