Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 1 yerüstü piyada keçidi və 7 keçid tikiləcək - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 1 yerüstü piyada keçidi və 7 keçid tikiləcək - <span style="color: red;">FOTO
# 14 iyul 2014 07:06 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O deyib ki, layihə üzrə 38 ədəd müxtəlif diametrli dairəvi və düzbucaqlı borunun, 1 yerüstü piyada keçidi, mal-qara və vəhşi heyvanların keçməsi üçün isə 7 keçid nəzərdə tutulub.

“Artıq torpaq işlərinin 85%-i yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 km məsafədə ikiqat asfalt-beton örtük döşənib. Qalan 9 km hissənin 7 km hissəsində torpaq işləri tamamlanıb, hazırda həmin sahədə yol örtüyünün dənəvər laylarının tikintisi gedir”, - deyə P. Mürsəliyev əlavə edib.

Qeyd edək ki, layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR