Suriyalı qaçqınları Yunan adalarına aparan daha bir təknə batıb, 17 nəfər ölüb

Suriyalı qaçqınları Yunan adalarına aparan daha bir təknə batıb, 17 nəfər ölüb
# 27 sentyabr 2015 10:47 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Muğla rayonunun Bodrum qəsəbəsində qaçaq yolla Yunan adalarına keçməyə çalışan suriyalı qaçqınları daşıyan təknə batıb, 17 nəfər ölüb.

APA-nın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin cənazələri Turgutreis limanına gətirilib.

Muğla valisi Amir Çiçek deyib ki, 8 metrlik təknəyə 37 nəfər minib. Valinin bildirdiyinə görə, 20 nəfərin həyatını qurtarmaq mümkün olsa da, 17 nəfərin cəzanəsi dənizdən çıxarılıb.

Vali hadisə ilə bağlı araşdırma başladıldığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR