Nazirlik: 10 ay ərzində işdən qeyri-qanuni azad edilmiş 17 nəfər əvvəlki işinə bərpa edilib

Nazirlik: 10 ay ərzində işdən qeyri-qanuni azad edilmiş 17 nəfər əvvəlki işinə bərpa edilib
# 05 noyabr 2015 14:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin oktyabr ayında vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərlə əlaqədar qanunvericiliyə uyğun şəkildə görülmüş tədbirlər nəticəsində xidmət ümumilikdə 1 mln. 458 min 132 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 75,2%-ni gecikdirilmiş əmək haqları, qalan hissəsini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

Ümumilikdə, cari ilin 10 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində 2 mln. 923 min 661 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi, işdən qeyri-qanuni azad edilmiş 17 nəfərin öz əvvəlki işinə bərpa edilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR