Tərtər və Tovuzda partlamamış hərbi sursat tapılıb

Tərtər və Tovuzda partlamamış hərbi sursat tapılıb
# 17 iyun 2016 23:32 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 17-də Füzuli, Ağdam, Tərtər və Tovuz rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtərin Cəmilli kəndində 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Tovuzun Xatınlı kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (85 mm-lik BR-365K top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 20 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 17 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 615 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 534 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR