Şəmkir Sərhəd Dəstəsinin iki sərhəd zastavası istifadəyə verilib - FOTOSESSİYA

Şəmkir Sərhəd Dəstəsinin iki sərhəd zastavası istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 noyabr 2015 11:41 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir Sərhəd Dəstəsinin iki sərhəd zastava kompleksi istifadəyə verilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün Sərhəd Dəstəsinin «Burunqovaq» və «Qazangöl» sərhəd zastavası komplekslərinin açılışı olub. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev iştirak edib. E. Quliyev çıxışında respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd strategiyasının uğurlu realizə edilməsi, Azərbaycan sərhəd mühafizəsinə göstərilən xüsusi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmlənməsi, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılmasını qeyd edib və yeni istifadəyə verilən sərhəd zastavalarının bu ali diqqətin növbəti təzahürü olduğu vurğulayıb.

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev isə kənd sakinləri ilə sərhədçilər arasında yaxşı münasibətin olduğunu, daima sərhədçilərə dəstək verəcəklərini bildirib. Qeyd edib ki, sərhədyanı kəndlərdə su problemləri artıq aradan qaldırılıb gələn il isə yaşayış məntəqələri təbii qazla təmin ediləcək.

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif ediliblər.

General-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavası komplekslərində yaradılmış şəraitlə tanış olub. Hasara alınmış sərhəd zastavası komplekslərinin yolları təmir edilib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Ən müasir tələblərə cavab verən sərhəd zastavalarında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, xüsusi təyinatlı otaqlar, təlim şəhərcikləri, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxanalar, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar, zabit və gizirlər üçün yeni tikilmiş, zəruri mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.

Sonda Elçin Quliyev yerli sakinlərlə görüşüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR