Kürdəmirdə küləkli hava yanğına səbəb olub, bir ailə evsiz qalıb - VİDEO

Kürdəmirdə küləkli hava yanğına səbəb olub, bir ailə evsiz qalıb - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2014 15:43 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda əsən güclü külək fərdi yaşayış evinin tamamilə yanaraq külə dönməsinə səbəb olub yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı xəsarət alan olmasa da, ev yanaraq külə dönüb.

Yanğın bu gün saat 16:00 radələrində rayonun Atakişili kəndində qeydə alınıb.

Kənd sakini İbrahimxəlil Ağayevə məxsus evdə baş verən yanğın küləkli hava səbəbindən qısa müddətdə genişlənərək evi əhatə edib.

Qonşular evdə olan əşyaları çıxarmağa cəhd etsələr də, alov buna imkan verməyib.

Nəticədə ümumi sahəsi 80 kvadratmetr olan ev tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın baş verən zaman ev sahibinin mənzildə olmadığı bildirilir. Hadisə yerinə Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb alovun ətrafa yayılmasının qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR