Son 4 ildə Macarıstandan Azərbaycana gələnlərin sayı təxminən 3 dəfə artıb

Son 4 ildə Macarıstandan Azərbaycana gələnlərin sayı təxminən 3 dəfə artıb
# 11 aprel 2013 14:48 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA-Economics. Bakı ilə Budapeşt arasında birbaşa aviareyslərin açılması təqdirəlayiq bir hadisədir. İki ölkə arasında iqtisadi sahədəki inkişaf son dərəcədə intensiv xarakter alıb, vətəndaşların gediş-gəlişi isə xeyli artıb.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev iki ölkənin paytaxtları arasında mütəmadi aviareysin açılmasına münasibət bildirərək deyib: «Əgər 3-4 il əvvəl Macarıstan vətəndaşlarına ildə təxminən 300 viza verirdiksə, indi bu rəqəm 700-800-ü keçir. Eyni tendensiya Azərbaycandan Macarıstana gələn vətəndaşların sayında müşahidə olunur. Ümid edirəm ki, yeni aviareys özünü doğruldacaq ».

Səfir qeyd edib ki, hər iki ölkə əməkdaşlığın inkişaf etməsində maraqlıdır, bir neçə sahədə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır və birbaşa aviareysin açılması bu təmasları daha da sıx edəcək, vətəndaşlar isə hər iki ölkə ilə daha da yaxın tanış ola biləcəklər.

Qeyd edək ki, bu gün Bakıda Macarıstanın «WizzAir» aviaşirkəti tərəfindən yerinə yetiriləcək aviareysin açılması ilə bağlı iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib. İlk uçuşun iyunun 17-də həyata keçirilməsi planlaşdırılır və artıq bu gündən aviabiletlərin satışına başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR