Pakistanda anomal istilər nəticəsində ölənlərin sayı 750 nəfəri keçib

Pakistanda anomal istilər nəticəsində ölənlərin sayı 750 nəfəri keçib
# 24 iyun 2015 09:43 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Pakistanın cənubunda davam edən anomal isti hava nəticəsində ölənlərin sayı 35-i uşaq olmaqla, 750 nəfəri keçib.


APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, minlərlə insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.


Səhiyyə işçilərinin sözlərinə görə, xəstəxanaya gətirilənlərin əksəriyyəti huşsuz halda olub.

Ölənlərin əksəriyyətinin 50 yaşdan yuxarı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR