Hacıqabulda biçilməmiş taxıl sahəsi yanıb

Hacıqabulda biçilməmiş taxıl sahəsi yanıb
# 18 iyun 2016 05:23 (UTC +04:00)

Bakı – APA. Hacıqabulda biçilməmiş taxıl sahəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonu, Navahı kəndində vətəndaşa məxsus ərazidə 1 ha biçilməmiş taxıl sahəsi və yaxınlıqda 500 kv.m sahədə kol-kos yanıb.

Biçilməmiş taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR