“Gilan ənd Knauf” “İlin tikinti təchizatçısı” mükafatına layiq görülüb

“Gilan ənd Knauf” “İlin tikinti təchizatçısı” mükafatına layiq görülüb
# 22 may 2015 18:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Gilan ənd Knauf” şirkəti Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının təsis etdiyi “İlin tikinti təchizatçısı” mükafatına layiq görülüb.

APA-nın xəbərinə görə, mükafat “The Business Year” jurnalının “Azərbaycan 2015” xüsusi buraxılışının təqdimat mərasimində “Gilan ənd Knauf” şirkətinin baş direktoru Cəmil Muradova təqdim olunub.

Mükafatlandırma zamanı qeyd olunub ki, “Gilan ənd Knauf” şirkəti Azərbaycan tikinti sektorunda əhəmiyyətli yer tutur, habelə səmərəli fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR