Mixail Şvıdkoy: “Azərbaycanda rus dilinə hörmət digər Qafqaz ölkələri ilə müqayisədə fərqlidir” - VİDEO

Mixail Şvıdkoy: “Azərbaycanda rus dilinə hörmət digər Qafqaz ölkələri ilə müqayisədə fərqlidir” - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2014 14:57 (UTC +04:00)
Bakı-APA. "Azərbaycanda rus dilinin inkişafı, rus dilinə hörmət digər Qafqaz ölkələri ilə müqayisədə fərqlidir. Mən Azərbaycanı bu mövzu ilə bağlı Ermənistanla və yaxud qonşu dövlətlərlə müqayisə etmək istəməzdim. Amma əminliklə onu deyə bilərəm ki, Azərbaycanda ruslara olan münasibət də, hörmət də çox fərqlidir". Bu fikirləri APA TV-yə müsahibəsində Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

"Rus dili Azərbaycan mədəniyyətinin bir parçasına çevrilib. Heç təsadüfi deyil ki, mənim azərbaycanlı dostlarımın ən nüfuzlu əsərləri məhz rus dində yazılıb və yaxud rus dilinə tərcümə olunub. Bu gün Azərbaycanda rus dilinin məktəblərdə qorunub saxlanması da bir daha qardaşlıq və dostluğumuzun təməlinin möhkəmliyindən xəbər verir. Ən maraqlısı isə budur ki, Azərbaycanın qonşuları təkmillətli dövlətlər olublar, amma Azərbaycan çoxmillətli bir ölkə olub və bu gün də bu belədir. Hətta Sovet dövründə belə Ermənistanda olan rusların sayı o qədər də yüksək olmayıb. Amma burada keçmişdə də, indi də böyük rus icmaları var".

Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət çəkən rusiyalı qonaq deyib ki, münaqişənin həllində "xalq diplomatiyası"nın rolu vacibdir.

"Hazırda danışıqlar prosesi yekunlaşıb. Elə bir mərhələyə keçib ki, siyasi münasibətlər istənilən həddə çatmalıdır. Məhz bundan sonra "xalq diplomatiyası"nın vacibliyini önə çəkmək olar. Hansı siyasi qərarın verilməsindən asılı olmayaraq insanlar qarşılıqlı anlaşma şəraitində yaşamalıdırlar".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR