Bakıda söyüş üstündə qətl törədən şəxsə hökm oxunub

Bakıda söyüş üstündə qətl törədən şəxsə hökm oxunub
# 03 sentyabr 2015 09:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Fəqani Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə F. Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumata görə, ötən il noyabrın 1-də Hökməli qəsəbə sakini Fəqani Şükürov tanımadığı şəxsi öz evinin qarşısında tüfənglə qətlə yetirib. İlkin araşdırmalarla müəyyən edilib ki, F.Şükürov yaşadığı evdə olarkən küçədən söyüş səsləri eşidərək bayıra çıxıb, orada 5-6 nəfər tanımadığı şəxslərə irad tutduqda aralarında mübahisə yaranıb. Bundan sonra, F.Şükürov həmin şəxsləri qorxutmaq məqsədilə özünə məxsus ov tüfəngindən atəş açıb, həmin şəxslərdən Qurbanov Kamal Rafiq oğlu tüfəngi onun əlindən almaq istəyərkən döş nahiyəsindən xəsarət alıb. F.Şükürov K.Qurbanovu özünə məxsus “NİVA” markalı avtomobillə xəstəxanaya apararkən sonuncu aldığı xəsarətlərdən yolda ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR