Sabah Nobel prospektinin bağlı olan hissəsi açılır - FOTOSESSİYA

Sabah Nobel prospektinin bağlı olan hissəsi açılır - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2015 09:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1,6 kilometrlik hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, prospektin bu hissəsi sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq açılacaq.

“Əvvəllər prospektin bu hissəsində səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yox idi. Nəticədə yağış yağarkən yolun hərəkət hissəsində gölməçələr əmələ gəlirdi. Bu isə öz növbəsində asfalt-beton örtüyünün sıradan çıxmasına səbəb olurdu. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sözügedən ərazidə yağış-kanalizasiya sisteminin qurulması və asfalt-beton örtüyünün yenilənməsi üçün təmir-tikinti işlərinə başlayıb”, - deyə məlumatda vurğulanıb.

Görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda kommunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə, yol boyu 3 min poqon-metr səki daşı düzülüb.

Qeyd edək ki, “Azəryolservis” tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Təmir işləri tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və işlərin vaxtında yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR