Son 1 ildə bitkiçilik məhsullarının istehsalı 9%-ə yaxın artıb

Son 1 ildə bitkiçilik məhsullarının istehsalı 9%-ə yaxın artıb
# 15 may 2015 14:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin yanvar-aprel ayı ərzində kənd təsərrüfatında yaz-tarla işləri davam etdirilib və may ayının 1-nə kimi 253,2 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 21,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) əkilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan dövrdə kənd təsərrüfatında 18,2 min hektar sahədə dən üçün qarğıdalı, 54,0 min hektar sahədə kartof, 51,2 min hektar sahədə tərəvəz, 11,7 min hektar sahədə pambıq çiyidi, 16,7 min hektar sahədə bostan bitkiləri, 4,0 min hektar sahədə şəkər çuğunduru, 6,0 min hektar sahədə dən üçün günəbaxan, 857 hektar sahədə tütün əkilib.

Bundan başqa, bitkiçilik məhsullarından 51,2 min ton və ya 9,8% çox tərəvəz, 6,9 min ton və ya 15,8% çox kartof istehsal edilib.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının istehsalı 8,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR