Ağdamda avtomobil 10 yaşlı uşağı vurub

Ağdamda avtomobil 10 yaşlı uşağı vurub
# 13 iyun 2016 14:18 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda 10 yaşlı piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1984-cü il təvəllüdlü Rəhimov Elsəvər Yaqub oğlu idarə etdiyi “VAZ 2106” markalı maşınla Ağdam rayonunun Sarcalı kəndində yol kənarında dayanan 2006-cı il təvəllüdlü Cabbarov Fərhad Əli oğlunu vurub. 10 yaşlı uşaq xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib. Ağdam rayon Polis Şöbəsindən verilən xəbərə görə, sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR