Nardaran polis bölməsinin rəis əvəzi yeni vəzifəyə təyin olunub

Nardaran polis bölməsinin rəis əvəzi yeni vəzifəyə təyin olunub
# 13 iyun 2016 14:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Yeni yaradılmış Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin rəis əvəzi, polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azər Cahangirov Abşeron rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəsi müavini vəzifəsinə təyin edilib.

Hazırda 42-ci polis bölməsinin rəisi vəzifəsini rəis müavini Tərxan Əhmədov icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR