Azərbaycan naşirləri İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Azərbaycan naşirləri İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
# 31 oktyabr 2014 13:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 8-dən 11-dək İstanbulda XXXIII Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycanı nazirliyin və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, habelə "Hədəf Nəşrlər Evi", "Qələm" və "Altun kitab" nəşriyyatlarının əməkdaşlarından ibarət heyət təmsil edəcək.

Azərbaycan stendində dövlətçilik tarixi, Qarabağ həqiqətləri, mədəniyyət və incəsənətə dair 400 addan çox, 800 nüsxəyə yaxın Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində nəşr məhsulları təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR