Azərbaycanla Fransa arasında təhsil sahəsi üzrə yeni proqram tətbiq ediləcək

Azərbaycanla Fransa arasında təhsil sahəsi üzrə yeni proqram tətbiq ediləcək
# 02 aprel 2015 10:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrində yanğın və digər hadisələrdən sığorta olunması məsələsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir bildirib ki, dövlət mülkiyyətinin və nazirliklərin balansında olan dövlət əmlakının sığortalanması məsələləri mərkəzləşdirilmiş şəkildə tənzimlənir.

Onun sözlərinə görə, hər bir müvafiq dövlət qurumu və nazirlik bunun üçün ayrılan büdcə maddələri çərçivəsində müvafiq işləri həyata keçirir. M. Cabbarov qeyd edib ki, bu məsələdə Təhsil Nazirliyi də istisna deyil.

Nazir Azərbaycan və Fransa təhsil müəssisələri arasındakı əməkdaşlığa da aydınlıq gətirib: “İki ölkənin təhsil sistemi arasında əlaqələr çoxşaxəlidir. Fransada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan dili tədris olunur. Bir sıra universitetlərdə ikili proqramlar artıq mövcuddur. Bu proqramların sayının genişləndirilməsi, eyni zamanda yeni və geniş birgə proqramın tətbiqini müzakirə edirik. Bu məqsədlə Fransa nümayəndə heyətinin üzvləri Azərbaycanın bütün universitetlərinə səfər edirlər, orada olan şərait, tədris prosesi ilə tanış olurlar. Dünən keçirilən görüşlərdə bir çox irəliləyiş və razılaşmalar əldə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR