ABŞ-da qasırğa ciddi fəsadlar törədib, ölən var

ABŞ-da qasırğa ciddi fəsadlar törədib, ölən var
# 03 sentyabr 2016 04:45 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Florida ştatında əsən güclü külək və leysan yağış ciddi fəsadlar törədib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, “Ermina” qasırğası ştatda 300 min evi elektrik enerjisiz qoyub, bir sıra ərazilərdə daşqınlar yaradıb.

Dağıdıcı küləyin sürəti saatda 130 kilometrə çatıb. Bir neçə yaşayış məntəqəsinin əhalisi təxliyə edilib. Okala şəhərində isə qasırğa bir nəfərin həyatına son qoyub.

Florida ştatında fəsadlar törədən “Ermina” hazırda Cənubi və Şimali Karolina ştatlarına üz tutub. Meteoroloqlar qasırğanın daha da güclənəcəyini ehtimal edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR