Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 17 iyul 2015 13:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakının Qaradağ rayonu Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 16-da saat 12 radələrində Ələt qəsəbəsində qəsəbə sakini Zakir Abbasovun idarə etdiyi “Mercedes” və Salyan rayon sakini İsmayıl Məmmədovun idarə etdiyi “VAZ-221013” markalı avtomobillər toqquşub. Nəticədə İ. Məmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR