Azərbaycanda inkassator avtomobili qəzaya düşüb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Azərbaycanda inkassator avtomobili qəzaya düşüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2015 12:36 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli - APA. Gəncə-Daşkəsən yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, inkassator avtomobilində olan bank işçiləri - 1988-ci il təvəllüdlü Samir Abdullayev, 1978-ci il təvəllüdlü İlyas Verdiyev və 1989-cu il təvəllüdlü Rufan Hümbətov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına oradan isə Gəncə Mərkəzi Klinik Xəstəxanasına aparılıblar.

***

13.19

Daşkəsən. Azər Məmmədli – APA. Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator avtomobili ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR