Bu il Azərbaycanda neft və qaz hasilatı azalıb

Bu il Azərbaycanda neft və qaz hasilatı azalıb
# 18 noyabr 2015 12:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 13,8 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr aylarının səviyyəsini 1,7% üstələyib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 35,0 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 16,4 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 1,8% azalıb, qaz hasilatı isə 6,2% artıb.

Belə ki, bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 35 025,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin on ayna nisbətən 2,0% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 339,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bunun 34 977,2 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,8% azdır.

Bu ilin on ayı ərzində ölkədə 24 545,8 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 2,7% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 788,6 min kubmetr hazır məhsul ehtiyatı yaranıb.

Bunun da 16 392,1 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR