Somali dəniz quldurları 6 əcnəbi girovu pul müqabilində azad edib

Somali dəniz quldurları 6 əcnəbi girovu pul müqabilində azad edib
# 01 may 2013 03:05 (UTC +04:00)

Bakı-APA. Somali dəniz quldurları iki il əvvəl Ərəb dənizində yük gəmisindən girov götürdükləri 4 Filippin və 2 Danimarka vətəndaşını sərbəst buraxıb. pul müqabilində azad edib

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, gəminin sahibi olan Danimarkanın Shipcraft şirkəti tələb olunan pulu ödədikdən sonra girovlar sərbəst buraxılıb. Ödənilən vəsaitin məbləği açıqlanmır, lakin Danimarka telekanalının xəbərinə görə, piratlara verilən pulun məbləği 7 milyon dollar təşkil edir.

Danimarka XİN məlumatına görə, dənizçilər hal-hazırda ölkənin hərbi donanmasına məxsus gəmidədir və yaxın zamanda onlar qohumları ilə görüşə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR