Bank Of Baku

Şamaxıda “Shacman”la minik avtomobili toqquşub, beş nəfər xəsarət alıb

Şamaxıda “Shacman”la minik avtomobili toqquşub, beş nəfər xəsarət alıb
# 04 may 2018 07:52 (UTC +04:00)

Bakı-Şamaxı yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı rayonunun Pirsaat kəndi ərazisində "VAZ 21015" markalı minik avtomobili qarşı tərəfdən gələn "Shacman" markalı yük avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və 1966-cı il təvəllüdlü Yavər Babalı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Onlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR