Azərbaycanda dövlət ipoteka kreditləşməsi azalıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi azalıb
# 04 mart 2013 14:36 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Fevral ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 5,720 mln. manat həcmində ipoteka krediti verilib. Bu, 2013-cü ilin yanvarına nisbətən 2,36 dəfə artıq, ötən ilin fevral ayına nisbətən isə 2,7% azdır. Ümumilikdə, bu ilin ilk iki ayında verilən ipoteka kreditlərinin məbləği 7,42 mln. manat təşkil edir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,7% azdır.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında olduğu kimi, fevralda da dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 427,73 mln. manata çatıb. Nəticədə, 2013-cü il martın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 45,6 manata çatıb.

Fevralda AİF tərəfindən 5,180 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, bu ilin ilk iki ayında 7,860 mln. manatlıq ipoteka kreditləri yenidən maliyyələşdirilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 38,3% azdır.

Nəticədə, indiyədək verilən ipoteka kreditlərinin 351,230 mln. manatı və ya 82,1%-i təkrar maliyyələşdirilib. Yanvarda İpoteka Fondu 3 mln. manatlıq istiqraz buraxıb. İlk iki ay ərzində buraxılan istiqrazların məbləği 11 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR