Keniyada üçgünlük matəm elan olunub

Keniyada üçgünlük matəm elan olunub
# 05 aprel 2015 02:44 (UTC +04:00)

Bakı-APA. Bu gün Keniyada 147 tələbənin qətlə yetirilməsi ilə əlaqədar üçgünlük matəm başlanır.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, paytaxt Nayrobinin morqunda hələ ki 54 cəsəd qohumları tərəfindən tanınıb.

Aprelin 2-də Somali ilə həmsərhəd Qariss şəhərində “Əş Şabab” terror qruplaşmasının silahlıları universitet yataqxanasına hücum etmişdilər. Nəticədə 147 tələbə qətlə yetirilmiş, 79-u yaralanmışdı. Hadisə ilə əlaqədar 5 nəfərin saxlanıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR