Fərhad Bədəlbəyli: "Bakı Caz Mərkəzinin bağlanmağı ilə bağlı yayılan xəbərlər yalandır"

Fərhad Bədəlbəyli: "Bakı Caz Mərkəzinin bağlanmağı ilə bağlı yayılan xəbərlər yalandır"
# 03 sentyabr 2015 12:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. "Bakı Caz Mərkəzinin bağlanmağı ilə bağlı yayılan xəbərlər yalandır".

Bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Onun sözlərinə görə, mərkəz yenidən istifadəyə veriləcək: "Caz Mərkəzi bağlana bilməz və bağlanmayacaq da. Ora əvvəllər də restoran kimi fəaliyyət göstərib. İndi təmir gedir, yenidən caz həvəskarlarının ixtiyarına veriləcək. Təkrar edirəm ki, mərkəz bağlanmayacaq”.

Qeyd edək ki, mətbuatda Bakı Caz Mərkəzinin fəaliyyətini dayandırması haqqında məlumat yayılıb. İddialar görə, mərkəz qeyri-müəyyən müddətə bağlanıb və yenidən istifadəyə veriləndən sonra milli restoran kimi fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR