Bank Of Baku

Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 18 iyul 2018 22:48 (UTC +04:00)

Şəmkirdə baş verən yol qəzasında xəsarət alan 3 nəfərin kimliyi məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar 1970-ci il təvəllüdlü Bəndəliyev Mehman, 1966-cı il təvəllüdlü Qocayev Teymuraz və 1983-cü il təvəllüdlü Novruzov Xəyaldır. Yaralılardan ikisinin vəziyyəti orta-ağır, birinin isə normaldır.  

 

Qeyd edək ki, ötən axşam Bakı-Qazax magistral yolunun Şəmkir şəhərindən keçən hissəsində “Mercedes” və “Ford” markalı avtomobillər toqquşub. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

 

20:10

 

Şəmkirdə yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Şəmkir şəhərindən keçən hissəsində “Mercedes” və “Ford” markalı avtomobillər toqquşub.

 

İlkin məlumata əsasən, qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR