Gürcüstan baş naziri Ramazan ayı münasibəti ilə müsəlmanları təbrik edib

Gürcüstan baş naziri Ramazan ayı münasibəti ilə müsəlmanları təbrik edib
# 06 iyun 2016 17:10 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Müqəddəs Ramazan ayının başlanması münasibəti ilə ölkədə yaşayan müsəlmanları təbrik edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazirin təbrikdə deyilir:

"Mən Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar müsəlman soydaşlarımızı ürəkdən təbrik edirəm. Ramazan müsəlmanlar üçün vacib və əhəmiyyətli bir aydır. Mən sizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram. Hesab edirəm ki, münasibətlərimiz bundan sonra da inkişaf edəcək və güclənəcək. Bizim sevinc və qardaşlıq içində yaşamağımız ölkəmizi daha da möhkəmləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR