Ramil Usubov MDB dövlətləri daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak edib

Ramil Usubov MDB dövlətləri daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak edib
# 07 sentyabr 2016 13:24 (UTC +04:00)

Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 5-dən 7-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rəsmi səfərdə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.

Daxili işlər nazirləri Şurasının iclasında həmçinin avtonəqliyyat vasitələrinin oğurlanmasına, narkotik vasitələrin yeni təhlükəli növlərinin dövriyyəsinə qarşı mübarizə, iştirakçı dövlətlərin ərazisində yaşayan vətəndaşların terrorçu və ekstremist yönümlü təşkilatlara cəlb edilməsinin qarşısının alınması, kütləvi idman tədbirləri zamanı hüquqazidd hərəkətlərin aradan qaldırılması üzrə informasiya mübadiləsinin təkmilləşdirilməsi, habelə MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərə

müvafiq əlavə və dəyişikliklərin edilməsi və qarşılıqlı maraq doğuran digər aktual məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR