Azərbaycanın bölgələrində genişzolaqlı multimedia rabitə xidmətlərindən istifadə tarifləri azaldılıb - CƏDVƏL

Azərbaycanın bölgələrində genişzolaqlı multimedia rabitə xidmətlərindən istifadə tarifləri azaldılıb - <span style="color: red;">CƏDVƏL
# 29 mart 2013 07:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın regionlarında mövcud telefon xətti üzərindən genişzolaqlı multimedia rabitə xidmətlərindən istifadə qiyməti aşağı salınıb.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyalarına istinadən verdiyi məlumata görə, «Aztelekom» İstehsalat Birliyi istifadəçilərə mövcud telefon xətti üzərindən genişzolaqlı multimedia rabitə xidmətlərindən istifadəni yeni tariflərlə təklif etməyə başlayıb. Belə ki, İP TV xidmətindən istifadə edənlər, multiservis şəbəkə avadanlığı üzərindən eyni zamanda İnternetə yüksəksürətli çıxış, dünyanın 100-ə yaxın televiziya kanalına baxmaq imkanı, yüksəkkeyfiyyətli ənənəvi telefoniya və eləcə də faks xidməti, olduqca ucuz qiymətlərlə İP telefoniya, radio rabitə xidməti və s. genişzolaqlı, multimedia rabitə xidmətləri əldə etmiş olacaq.

Regionlarda informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, internet resurslarından geniş istifadə edilməsi məqsədilə İP TV xidməti tariflərinə yenidən baxılıb və tariflər aşağıdakı kimi müəyyən edilib:

Xidmətin adı

Tarif (ƏDV daxil)

1

İP TV xidmətinə qoşulmasına görə birdəfəlik haqq:

1.1

Genişzolaqlı internet xidmətlərindən istifadə edən abunəçilər üçün

Ödənişsiz

1.2

Genişzolaqlı internet xidmətlərindən istifadə etməyən abunəçilər üçün

5 AZN

2

İP TV-nin standart kanal paketindən aylıq istifadə haqqı

4 AZN

3

İP TV-nin servis xidmətləri:

3.1

Sorğu əsasında video xidmətlərindən aylıq istifadə haqqı (VOD)

5 AZN

3.2

Zamana görə sürüşdürülmüş televiziya xidmətindən aylıq istifadə haqqı (TSTV)

7 AZN

3.3

Sorğu əsasında televiziya xidmətindən aylıq istifadə haqqı (TVOD)

8 AZN

3.4

Fərdi videoyazı xidmətindən aylıq istifadə haqqı (NPVR)

10 AZN

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR