Bakı - APA. Masallı rayonunun Kosagül kəndində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50-60 km aralı, nəzarətsiz ərazidə) batmış 1957-ci il təvəllüdlü Abışov Etibar Abbas oğlunun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 80 metr aralıda) tapılıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
22 iyun saat 22.48
Masallı. Ağəddin Babayev-APA. Masallı rayonunda 1 nəfər çaya düşüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Kosagül kəndində qeydə alınıb.
Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Abışov Etibar Abbas oğlu ehtiyatsızlıqdan çaya düşüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və E.Abışovun axtarışlarına başlanılıb.