Bank Of Baku

Fransada etirazlar fonunda 500-ə yaxın məktəb bağlanacaq

Fransada etirazlar fonunda 500-ə yaxın məktəb bağlanacaq
# 05 oktyabr 2026 14:44 (UTC +04:00)

Fransada davam edən etirazlar fonunda bazar ertəsi 400-500 orta məktəbdə dərslər qismən və ya tam dayandırılacaq.

BBC xəbər verir ki, bunu Fransanın təhsil naziri Eduar Jefre bildirib.

Onun sözlərinə görə, etirazların başlanmasından bəri ölkədə 24 məktəb yandırılıb və ya qarət edilib. Ümumilikdə 3 700 məktəbdən 735-i zorakı aksiyalardan bu və ya digər şəkildə zərər çəkib.

Etirazlar müəllim çatışmazlığı, siniflərin həddindən artıq dolu olması və məktəb binalarının yararsız vəziyyəti ilə bağlı narazılıqdan başlayıb.

Aksiyalarda minlərlə şagird və digər vətəndaşlar iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR