«PAŞA Həyat» iki sığorta hadisəsinə görə 91 min manata yaxın ödəniş həyata keçirib

«PAŞA Həyat» iki sığorta hadisəsinə görə 91 min manata yaxın ödəniş həyata keçirib
# 15 aprel 2013 09:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə iki sığorta hadisəsinə görə 91 min manata yaxın ödəniş həyata keçirib. Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalatda baş vermiş iki sığorta hadisəsinə görə «PAŞA Həyat» tərəfindən sığorta olunmuş şəxslərin ailələrinə müvafiq olaraq 37 647 manat və 53 091 manat həcmində sığorta ödənişləri edilib.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən başlayaraq «PAŞA Həyat»da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, yalnız bu ilin yanvar ayından indiyədək (sonuncu ödəniş də daxil olmaqla) sözügedən sığorta növü üzrə 336 min manatdan çox sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, «PAŞA Həyat» ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralında verilib. Bu ilin yanvar-fevral aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,685 mln. manat, ödənişləri isə 100 min manata yaxın olub. Aprelin 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR