Dünya birjalarında qızıl 1 dollardan çox bahalaşıb

Dünya birjalarında qızıl 1 dollardan çox bahalaşıb
# 27 may 2015 06:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,04% - 18 041,54 bəndədək, S&P 500 1,03% - 2 104,20 bəndədək, NASDAQ 1,11% - 5 032,75 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,18% - 6 948,99 bəndədək, Fransa CAC-40-ı 0,66% - 5 083,54 bəndədək, Almaniya DAX-ı 1,61% - 11 625,13 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,04% - 20 446,20 bəndədək, Shanghai 0,16% - 4 918,79 bəndədək artıb, Hang Seng 0,59% - 28 081,81 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,40 dollar artaraq 1 189,20 dollara, gümüş isə 0,03 dollar bahalaşaraq 16,78 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR