Təhsil Nazirliyi: Azərbaycanda 589 uşağın internat tipli təhsil müəssisinə yerləşdirilməsinin qarşısı alınıb

Təhsil Nazirliyi: Azərbaycanda 589 uşağın internat tipli təhsil müəssisinə yerləşdirilməsinin qarşısı alınıb
# 04 iyun 2015 12:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov "Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisində çıxışı zamanı deyib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində indiyədək 348 uşaq ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb. O bildirib ki, dövlət uşaq müəssisələrinə alternativ xidmət yaradılıb: “Hazırda nazirliyin tabeliyində 10 nəfər qız uşağı üçün tikilib istifadəyə verilmiş ailə tipli kiçik qrup evi fəaliyyət göstərir. Lənkəran şəhərində oğlanlar üçün tikilən ailə tipli kiçik qrup evi isə sentyabrda istifadəyə veriləcək. Uşaq müəssisələrinin transformasiyası haqqında Baş Plana uyğun olaraq, 12 internat məktəbi peşə liseyi, ümumtəhsil məktəbləri və gimnaziyalara transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Bu il daha 7 internat məktəbin transformasiyası nəzərdə tutulur”.

M.Cabbarov qeyd edib ki, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərə yerləşdirilib. Onun sözlərinə görə, ölkədə inteqrasiyalı və inklüziv təhsilin tətbiq olunması nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərin də transformasiyası mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR