Niyaməddin Paşayev: “İnanıram ki, yığmamız Avropa Oyunlarında bundan da əla nəticələr əldə edəcək”

Niyaməddin Paşayev: “İnanıram ki, yığmamız Avropa Oyunlarında bundan da əla nəticələr əldə edəcək”
# 18 may 2015 09:51 (UTC +04:00)

Bakı – APA. “Bu, Azərbaycanın uğurudu. İdmanın inkişafına yaratdığı şəraitə görə ilk növbədə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm. Federasiyamızın bütün üzvlərini, o cümlədən federasiya rəhbəri Kəmaləddin Heydərovu bu qızıl medal münasibəti ilə təbrik edirəm, uğurlar arzulayıram”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

Bir gün öncəyə kimi yeganə dünya çempionumuz olan Paşayev Çelyabinskdə keçirilən mundialda Radik İsayevinin (87 kq) titul qazanmasını böyük uğur adlandırıb. Hazırda komanda ilə birgə olan veteran taekvondoçu millinin üzvünü təbrik etməklə yanaşı, qızıl medalın əldə edilməsinin yerinə düşdüyünü vurğulayıb: “Bu çempionluq komandamıza deyərdim ki, böyük ruh gətirdi. Qarşıda bizi Avropa Oyunları gözləyir. İnanıram ki, yığmamız bu mötəbər yarışda daha uğurlu çıxış edib, bundan da əla nəticələr əldə edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR