Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub
# 16 iyun 2016 09:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Şirvan şəhərində yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub.

Şirvan şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 1 May küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs, orada operator işləyən Elvin Əhmədovu döyərək kassadakı 500 manatı götürüb, hadisə yerini tərk edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir İmanov tutulub.

Araşdırma zamanı onun daha bir neçə cinayəti orta çıxıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR