İlin əvvəlindən avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 65 mln. manatdan artıq sığorta haqqı yığılıb

İlin əvvəlindən avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 65 mln. manatdan artıq sığorta haqqı yığılıb
# 02 dekabr 2014 11:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin noyabr ayında 78,185 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bunların 17,3 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Hesabat dövründə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,1 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,95 %, sığorta haqlarının məbləğində 3,45 % azalma müşahidə edilib.

Ümumilikdə bu ilin ilk 11 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 858 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 65,2 mln. manat təşkil edib. 2014-cü ilin ilk 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,34 % artım, sığorta haqlarının məbləğində isə 0,16 % azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR