Azərbaycan Tehranda keçirilən texnologiya və innovasiya sərgisində təmsil olunur

Azərbaycan Tehranda keçirilən texnologiya və innovasiya sərgisində təmsil olunur
# 09 iyun 2015 07:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Tehranda IV texnologiya və innovasiya sərgisi (İNOTEX-2015) açılacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “APA-Economics”ə verilən məlumata görə, sərgidə dünyanın 20 ölkəsindən 500-ə yaxın şirkət iştirak edəcək. Builki sərgiyə İranın 54 şirkəti qatılaraq texnologiya məhsullarını nümayiş etdirəcək. Rusiyanı sərgidə 34 qurum təmsil edəcək. Bu ölkələrlə yanaşı, sərgidə Çinin, Böyük Britaniyanın, Koreya, Hindistanın və başqa ölkələrin şirkətləri iştirak edəcəklər.

Beynəlxalq sərgidə Azərbaycanı RYTN təmsil edəcək. Nazirliyin hazırladığı stenddə Azərbaycanın milli istehsalı olan texnologiya və innovasiya məhsulları nümayiş etdiriləcək.

Sərgi çərçivəsində müxtəlif dövlətləri təmsil edən şirkətlərin rəhbərləri qarşılıqlı görüşlər keçirərək əməkdaşlıq əlaqələrini müzakirə edəcəklər. Sərgidə nümayiş olunacaq məhsulların satışı da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR