Professor Vaqif Arzumanlı dünyasını dəyişib - VİDEO

Professor Vaqif Arzumanlı dünyasını dəyişib - <span style="color: red;">VİDEO
# 09 iyul 2014 12:36 (UTC +04:00)

Ədəbiyyat İnstitutunun elmi katibi Bədirxan Əhmədovun APA-ya verdiyi məlumata görə, V.Arzumanlı Nabranda dünyasını dəyişib.

V.Arzumanlı xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onunla vida mərasimi sabah keçiriləcək.

Qeyd edək ki, professor V.Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan olub. 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləyib, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışıb.

V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun direktoru olub. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr üzrə direktor müşaviri idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR