Sahibkarlığa Kömək Milli Fondu Xızı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

 Sahibkarlığa Kömək Milli Fondu Xızı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 21 iyul 2014 11:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xızı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF tərəfindən Xızı rayonu üzrə sahibkarlıq subyektlərindən kiçik cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı), kiçik pendir istehsalı və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR