Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatı 2,1% artıb

Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatı 2,1% artıb
# 11 iyul 2014 08:05 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3%-ə çatıb. Dövlət büdcəsinin gəlirləri 9,3 mlrd. manat və ya 101,6% yerinə yetirilib, xərcləri isə 8,7 mlrd. manat olub, Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6% əməl edilib, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5% artmaqla, ümumi daxilolmalarda payı 56,9%-ə çatıb.

“Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2% əməl edilib, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb” - deyə Ş.Mustafayev bildirib.

Nazir qeyd edib ki, ilk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 mlrd. manat investisiya yönəldilib: “Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% artım deməkdir. Əsas kapitala qoyulmuş vəsaitin 70,7%-ni daxili investisiyalar təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR