Bərdə və Tərtərdə məskunlaşan məcburi köçkünlərin Ağdamdakı köçkün şəhərciyinə köçürülməsinə başlanıb

Bərdə və Tərtərdə məskunlaşan məcburi köçkünlərin Ağdamdakı köçkün şəhərciyinə köçürülməsinə başlanıb
# 24 sentyabr 2014 12:35 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Bərdə və Tərtər rayonlarında magistral yol kənarında məskunlaşan məcburi köçkünlərin Ağdamda inşa olunan “İmamqulubəyli - 2” köçkün şəhərciyinə köçürülməsinə başlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, prosesi Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin əməkdaşları həyata keçirirlər.

Qeyd edək ki, yeni qəsəbədə 632 ev var. Qəsəbədə yaşayış evləri ilə yanaşı məktəb, uşaq bağçası və digər inzibati binalar yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR