Türkiyədə müalicə alan daha bir hərbçimiz vətənə qayıdıb - FOTO - VİDEO

Türkiyədə müalicə alan daha bir hərbçimiz vətənə qayıdıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 dekabr 2014 14:27 (UTC +04:00)

APA-nın məlumatına görə, Türkiyədə müalicəsi başa çatan S. Tahirzadəni Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıb.

S. Tahirzadə hazırda özünü yaxşı hiss etdiyini deyib: “Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm. İki ayağımdan əməliyyat olundum və hazırda özümü yaxşı hiss edirəm. Azərbaycan ordusunun əsgərlərinə səslənirəm: hər zaman ayıq-sayıq olun və vətəni göz bəbəyiniz kimi qoruyun”.

Qeyd edək ki, bu ilin avqustunda düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb. Əsgərlərin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR