Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 5-də saat 05 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Teymur Mahmudov vurulub və nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.