Göygöldə yol qəzası baş verib, ölən və xəsarət alan var

Göygöldə yol qəzası baş verib, ölən və xəsarət alan var
# 25 avqust 2014 11:16 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir yolunun 3-cü km-də qeydə alınıb. Gəncə sakini, 29 yaşlı Elvin Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobilə Qazax istiqamətdə hərəkətdə olarkən Adil Bağırovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində xəsarət alan Adil Bağırov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər sürücü isə Elvin Rzayev isə ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır. İlkin ehtimallara görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR