Nazirlik: Təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı azalıb

Nazirlik: Təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı azalıb
# 09 iyul 2014 08:31 (UTC +04:00)

Bakı - APA. Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-sosial ekspert komissiyaları tərəfindən təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% azalaraq 11 085 nəfər təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qeyd olunan dövrdə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 2,9%-dən 3,7%-ə, hissəvi reabilitasiya göstəricisi isə 0,7%-dən 2,7%-ə yüksəlib.

ƏƏSMN-in ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Son 6 ayda həmin bərpa-müalicə müəssisələrində ümumilikdə 3608 nəfərə bərpa-müalicə xidməti göstərilib ki, onların 596 nəfərini sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR