Qəbələnin Nic qəsəbəsində 2000 kv.m sahədə kol-kos yanıb

Qəbələnin Nic qəsəbəsində 2000 kv.m sahədə kol-kos yanıb
# 04 sentyabr 2015 01:36 (UTC +04:00)

Bakı-APA. Qəbələdə ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Nic qəsəbəsində (rayon mərkəzindən 24 km aralı) 20 ha sahədə biçilmiş taxıl sahəsi və 2000 kv.m sahədə kol-kos yanıb. Yaxınlıqdaki fındıq bağları və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR